"Ermənistan Azərbaycanla sərhədlərin açılmasında maraqlıdır" - Paşinyan

13:37 07.09.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Rəsmi Yerevan ilə Bakı arasında Qarabağa dair intensiv danışıqlar gedir.

Hafta.az AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan Rusiyanın Vladivistok şəhərində keçirilən Şərq İqtisadi Forumunda bildirib.

O deyib ki, həm Ermənistanın strateji müttəfiqi, həm də Azərbaycanın çox yaxın tərəfdaşı kimi Rusiyanın bu məsələdə dəstəyinə ümid bəsləyir. Baş nazir Ermənistanın Azərbaycanla sərhədlərin açılmasında maraqlı olduğunu da vurğulayıb.

N.Paşinyan ölkəsinin Türkiyə ilə də münasibətlər qurmasında Rusiyanın dəstəyinə ümid bəslədiyini qeyd edib. O, Türkiyə ilə danışıqların artıq başlandığını xatırladıb.

Siyasət rubrikasından digər xəbərlər